“Azərbaycanla hərbi fəaliyyətlərə başlamaq niyyətində deyilik” - Paşinyan

azerbaycanla-herbi-fealiyyetlere-baslamaq-niyyetinde-deyilik
Oxunma sayı: 5606

“Hazırda Ermənistan sərhədində sakitlikdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Ermənistan münaqişədə iştirak etmir və ölkəsi Azərbaycanla hərbi fəaliyyətlərə başlamaq niyyətində deyil:

“Ermənistan Qarabağda hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə cəlb etmək cəhdləri qəbuledilməzdir. Bu məqamda heç bir düşünülməmiş addım atmayacağıq”.