“Azərbaycanın yanında olduq, bundan sonra da belə olacaq” - Çavuşoğlu

“Azərbaycanın yanında olduq, bundan sonra da belə olacaq”
Oxunma sayı: 1062

“Qarabağda can Azərbaycanı dəstəklədik, yanında olduq, bundan sonra da dəstəkləyəcəyik”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Suriyada, İraqda, Liviyada maraqlarımızı və təhlükəsizliyimizi qorumaq üçün hər yerdəyik. Hər yerdə varıq, amma hər şeydən əvvəl sülh və əmin-amanlıq üçün varıq. Artıq “gözlə-gör” siyasəti yoxdur. Utancaq Türkiyə yoxdur. Hər sahədə güclü olmalıyıq. Sülhün bərqərar olması ölkəmizə qarşı yarana biləcək təhlükəni aradan qaldırmaq üçün güclü olmalıyıq. Müdafiə sənayemiz, qəhrəman ordumuz və millətimizin fərasəti diplomatiyamızın arxasında duran ən böyük sütunlardır”, - deyə XİN rəhbəri vurğulayıb.