Azərbaycanın futzal millisi Qazaxıstanla üz-üzə gələcək

Azərbaycanın futzal millisi Qazaxıstanla üz-üzə gələcək
Oxunma sayı: 93

Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda səfərdə Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşmalar sentyabrın 19-da və 20-də olacaq.

Qeyd edək ki, daha əvvəl yığmanın Türkmənistanla görüşləri ləğv olunub.