Azərbaycanın Braziliyadakı yeni səfiri o olacaq

Azərbaycanın Braziliyadakı yeni səfiri o olacaq
Oxunma sayı: 3318

Prezident İlham Əliyev Braziliyaya yeni səfir təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Rəşad İntiqam oğlu Novruz Azərbaycanın Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Elxan Poluxov Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.