“Azərbaycandan gələn təyyarə yanğınlarla mübarizəyə başlayıb” - Ərdoğan

“Azərbaycandan gələn təyyarə yanğınlarla mübarizəyə başlayıb”
Oxunma sayı: 1871

“Köməklik məqsədilə Azərbaycandan gələn amfibiya tipli təyyarə yanğınlarla mübarizə tədbirlərinə qoşulub”.

“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə baş verən yanğınla bağlı açıqlamasında deyib.

Prezident Ərdoğan yanğınının böyük hissəsinin nəzarət altına alındığını bildirib.