“Azərbaycanda texnologiya yaratmaqla bağlı hədəflərimiz var”

“Azərbaycanda texnologiya yaratmaqla bağlı hədəflərimiz var”
Oxunma sayı: 1716

““Baykar” olaraq hazırda çalışmalarımız davam edir. “Baykar” olaraq Azərbaycanda texnologiya yaratmaqla bağlı hədəflərimiz var. İnşallah gələcəkdə o addımları da atmağı planlaşdırırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

“Bayraktar TB2” və “Akıncı” PUA-larının Azərbaycanda istehsalının mümkünlüyü barədə sualı cavablandıran Selçuk Bayraktar “bu PUA-ların texologiyalarının istehsalı ilə bağlı düşündüyümüz xüsuslar var. İnşallah bu cür tədbirlər insanların bu tip qabiliyyətlərinin ortaya çıxması ilə nəticələnəcək”, - deyə cavab verib.

Eldar Tanrıverdi