Azərbaycanda qazla bağlı xidmətlərdə reyestr yaradılacaq

Azərbaycanda qazla bağlı xidmətlərdə reyestr yaradılacaq
Oxunma sayı: 1128

Azərbaycanda qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılması təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ “Qaz təchizatı” haqqında qanuna təklif edilən dəyişiklərdə öz əksini tapıb. Bildirilir ki, reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Həmçinin qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. 

Günel Türksoy