Azərbaycanda insanların meşələrə girişi qadağan edilə bilər?

Azərbaycanda insanların meşələrə girişi qadağan edilə bilər?
Oxunma sayı: 448

“Azərbaycanda yanğınlara görə insanların meşələrə daxil olmasına hər hansı məhdudiyyətin qoyulması gözlənilmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

“Biz bunu edə bilmərik. Bizim elə kəndlərimiz var, yüz illərdir ki, meşə ərazisində yerləşir. Biz bu yolu bağlasaq, onda kənd camaatı nə etməlidir? Daha çox təbliğat, maarifləndirmə işlərinə üstünlük verməliyik. Meşələrin bağlanmasına dair məsələ gündəmdə deyil”, - nazir müavini qeyd edib.

Eldar Tanrıverdi