Azərbaycanda ilk dəfə “Playback” teatrı janrında tamaşa hazırlanıb. “Qafqazinfo” xəbər verir ki, 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilib.
Bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar tərəfindən təhlil edilib və “Şah Mat” teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilib.
Sosial çarx Gənclər Fondunun maliyyə dəstəyi ilə "Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı" layihəsi çərçivəsində hazırlanıb.