Azərbaycanda donor bankı yaradıldı

Azərbaycanda donor bankı yaradıldı
Oxunma sayı: 1556

Azərbaycanda donor bankı yaradılıb. Ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı komitənin sədri Əhliman Əmiraslanov bildirib.

Komitə sədri xatırladıb ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”  Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.

“Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O, bildirib ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub”, - deyə Əhliman Əmiraslanov bildirib.

Eldar Tanrıverdi