Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlandır

Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlandır
Oxunma sayı: 456

Ötən ilin 11 ayı ərzində doğulan körpələrin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. 

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Günel Türksoy