Azərbaycan XİN Türkiyəyə belə həmrəy oldu - Foto

azerbaycan-xin-turkiyeye-bele-hemrey-oldu
Oxunma sayı: 1947

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş güclü zəlzələ ilə bağlı ölkəyə öz həmrəyliyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, XİN-in rəsmi sosial şəbəkə hesablarında profil fotosu dəyişdirilib və qara fonlu foto ilə əvəzlənib.

Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən zəlzələ nəticəsində 6000-dən çox insan həlak olub, daha 37 011 nəfər isə yaralanıb. Təbii fəlakətlə əlaqədar Türkiyədə 1 həftəlik matəm elan edilib.