Azərbaycan və Slovakiya XİN rəhbərləri görüşdü

Azərbaycan və Slovakiya XİN rəhbərləri görüşdü
Oxunma sayı: 449

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyadan olan həmkarı İvan Korcokla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Slovakiya XİN rəhbəri özünün tvitter hesabında bildirib.

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76 sessiyası çərçivəsində baş tutan görüşdə Azərbaycan və Slovakiya xarici işlər nazirləri Cənubi Qafqaz regionundakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

“Görüşdə iqtisadi əməkdaşlığın artmasına, siyasi dialoqa maraqlı olduğumuzu təsdiqlədik”, -deyə İvan Korcok qeyd edib.