Azərbaycan Universiteti EUA-nın tam hüquqlu üzvüdür

Azərbaycan Universiteti EUA-nın tam hüquqlu üzvüdür
Oxunma sayı: 1376

Azərbaycan Universiteti Avropanın aparıcı universitetlərini birləşdirən platforma olan Avropa Universitetləri Assosiasiyasının (European University Association - EUA) tam hüquqlu üzvüdür.  EUA-ya üzvlük universitetə həm təşkilatın, həm də Avropanın ali təhsil, elm və innovasiya sahəsindəki qabaqcıl təcrübəsindən faydalanmaq üçün geniş imkanlar yaradır. Platformaya qoşulmaq universitetin rəqabətliliyinin artırılması, tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlar səviyyəsinə çatıdırlması, yeni beynəlxalq əməkdaşlıqların qurulması, dünyanın nüfuzlu təşkilatlarının fəaliyyətində iştirak kimi məqsədlərinə də xidmət edir.

Qeyd edək ki, EUA, Avropa universitetlərinin bir araya gəldiği ən böyük birlikdir. 48 Avropa ölkəsində 800-dən çox universiteti təmsil edən assosiasiyanın əsas missiyası Avropada ali təhsil və tədqiqat sistemini davamlı inkişaf etdirmək və gücləndirmək; üzvlərə dəstək və rəhbərlik verərək tədris, öyrənmə, tədqiqat və ictimai xidmətdə  keyfiyyəti artırmaqdır.

Rəsmi məlumata keçid: https://www.au.edu.az/az/material/1376/azerbaycan-universiteti-eua-nin-tam-huquqlu-uzvudur

#AU #AzUni #AzərbaycanUniversiteti #AzerbaijanUniversity #EUA