Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib
Oxunma sayı: 570

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Bu barədə agentlikdən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.

Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə Azərbaycan Respublikası ilə  Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.

Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sahələri üzrə təqdimatları keçirilib. 

Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskusiyya aparılıb.

Forumun yekunu olaraq bəyanat səslənərək, qəbul edilib.

Bəyanatda  “Türkiyə və Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları bu formatda tədbirlərin mütəmadi olmaqla keçirilməsi razılığına gəlmişlər. Növbəti “Əməkdaşlıq Forumu”nun Türkiyədə keçirilməsi və  ‘Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platformasının’ təsis olunması qərara alınıb.