Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
Oxunma sayı: 1336

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,93 dollar artaraq 92,49 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 9-da 92 dollardan baha (92,84) satılıb.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 19-da (90,56) qeydə alınmışdı.