Azərbaycan məktəblisi Beynəlxalq olimpiadada bürünc medal qazandı - Foto

Azərbaycan məktəblisi Beynəlxalq olimpiadada bürünc medal qazandı
Oxunma sayı: 1029

7-15 avqust 2022-ci il tarixlərində İndoneziyanın Cokyakarta şəhərində 34-cü Beynəlxalq İnformatika Olimpiadası (IOI 2022) keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər.

Olimpiadada iştirak edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.

Məktəblilərin Beynəlxalq İnformatika olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan şagirdləri son 3 ildə informatika olimpiadasından 1994-cü ildən 2019-cu ilədək olandan daha çox medal qazanıblar.