Azərbaycan çempionatında mövsümün son turu

Azərbaycan çempionatında mövsümün son turu
Oxunma sayı: 1096

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə keçiriləcək. "Zirə" "Şamaxı"nı, "Qəbələ" "Sabah"ı, "Sumqayıt" "Səbail"i, "Qarabağ" isə "Neftçi"ni qəbul edəcək.

Qeyd edək ki, "Qarabağ" 3 tur öncə çempionluğu rəsmiləşdirib. "Neftçi", "Zirə" və "Qəbələ"nin isə növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə qazandığı müəyyənləşib. "Neftçi" yarışda 2-ci yeri təmin etsə də, bürünc medalçının adına hələ aydınlıq gəlməyib.

"Zirə" "Şamaxı"ya qalib gəlsə, 3-cü yeri tutacaq. "Qəbələ" isə medalçılar sırasına düşmək üçün "Sabah"ı üstələməli və "Zirə"nin xal itirməsini gözləməlidir. Mükafatçılar sırasına düşən komandalar bu gün təltif olunacaqlar. 

21 may (şənbə)

17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
“Kapital Bank Arena”

19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
“Azersun Arena