Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu
Oxunma sayı: 934

Qazaxın "Göyəzən" klubunun təmsilçisi Avropa rekordunu yeniləyib.

 

"Qafqazinfo" xəbər verir ki, Qazax rayonunun “Göyəzən” Ağır Atletika Klubunu təmsil edən idmançı yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız birdən qaldırma hərəkətində 126 kq nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb.

Atletimiz təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, bu hərəkətdə 158 kq-ı ram edərək gümüş medal ədə edib.

Toplam 284 kq (126+158) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb. Bu nəticə – 284 kq – həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordudur!