AZAL-da yenə problem yarandı - Bakı-Moskva reysi gecikir

AZAL-da yenə problem yarandı
Oxunma sayı: 1929

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib: “Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər”.