AZAL Bakı-Minsk reysləri həyata keçirəcək

AZAL Bakı-Minsk reysləri həyata keçirəcək
Oxunma sayı: 2389

“Azərbaycan Hava Yolları” iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə “Belavia” Belarusiya aviaşirkətinin marketinq tərəfdaşı olub. 

Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetiriləcək.

Aviabilet satışı həm Milli aviadaşıyıcının www.azal.az saytında, həm də "Belavia" aviaşirkətinin www.belavia.by saytında həyata keçiriləcək.

Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunmuşdur:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi