Azad Rəhimovun dəfn ediləcəyi yer məlum oldu

Azad Rəhimovun dəfn ediləcəyi yer məlum oldu
Oxunma sayı: 13872

Dünən vəfat edən gənclər və idman naziri Azad Rəhimov 2-ci Fəxri xiyabanda dəfn olunacaq.

“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, dəfndə mərhum nazirin ailə üzvləri ilə yanaşı, gənclər və idman nazirinin müavinləri və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edəcək.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov ABŞ-da müalicə aldığı xəstaxanada dünyasını dəyişib.