Azad Rəhimov dəfn olundu - Fotolar + Yenilənib

Azad Rəhimov dəfn olundu
Oxunma sayı: 28182

Aprelin 30-da 56 yaşında vəfat edən gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilir.

"Qafqazinfo" xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabana gətirilib.

Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.

***

Mərhum gənclər və idman naziri Azad Rəhimov II Fəxri xiyabanda torpağa tapşırılıb. 

Fotolar: Pərvin Zeynal