Azad olunan ərazilərdəki gömrük postlarının - Adları

Azad olunan ərazilərdəki gömrük postlarının
Oxunma sayı: 3004

İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün postlar yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitterdə paylaşım edib.

“İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində “Qubadlı”, Zəngilan rayonu ərazisində “Qazançı” və Füzuli rayonu ərazisində isə “Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib”.