Aytmatovun Bakıda qoyulacaq abidəsi ilə bağlı müsabiqə elan edildi

aytmatovun-bakida-qoyulacaq-abidesi-ile-bagli-musabiqe-elan-edildi
Oxunma sayı: 1640

Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə 15 iyun – 31 iyul 2023-cü il tarixlərində keçiriləcək.

Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək.

Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Xatırladaq ki, Qırğızıstanın Azərbaycandakı eks-səfiri Kayrat Osmonaliyev 2021-ci ildə verdiyi açıqlamada Ç. Aytmatovun heykəlinin 2022-ci ildə qoyulacağını desə də, bu, baş tutmamışdı.