Avtomobilini təmizləyən şəxsi digər maşın vurdu

avtomobilini-temizleyen-sexsi-diger-masin-vurdu
Oxunma sayı: 1459

Şəkidə avtomobilini təmizləyən şəxsi digər maşın vurub.

“Qafqazinfo”nun  məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində  baş verib.

Belə ki, həmin kənd sakini 1995-ci il təvəllüdlü Nurlan Ələsgər oğlu İsmayılov öz minik avtomobilini təmizləyən zaman onu, həmkənlisi 2005-ci il təvəllüdlü Calal Coşqun oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.İsmayılov Şəki Rayon Mərkzi Xəstəxanasına aparılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Mübariz Muradov