Avtomobil dəmir darvazaya çırpıldı, ölənlər var

Avtomobil dəmir darvazaya çırpıldı, ölənlər var
Oxunma sayı: 2197

Lənkəranda ağır yol qəzası baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, rayonun Vel kəndində 1999-cu il təvəllüdlü Əliyev Fariz Ramiz oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq kənd sakinlərindən birinin evinin dəmir darvazasına çırpılıb. Nəticədə Səpnəkəran kənd sakini olan sürücü və sərnişini Ruslan Hüseynzadə aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişin Tərlan Rəhimov isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.