Avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı
Oxunma sayı: 1414

Gədəbəydə qarlı hava şəraiti qəzaya səbəb olub.

“Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qızıl Torpaq kəndində baş verib.

Belə ki, "Niva" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində bir ailənin 3 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlar sürücü, 1974-cü il təvəllüdlü İlqar Məmmədov, onun həyat yoldaşı 1978-ci il təvəllüdlü Hicran Məmmədova və onların 12 yaşlı övladı Röyal Məmmədovdur.

Qəzaya qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli