Avstriyada fırtına nəticəsində iki uşaq öldü

Avstriyada fırtına nəticəsində iki uşaq öldü
Oxunma sayı: 489

Avstriyanın cənub regionlarında baş verən güclü fırtına Karintiya federal əyalətində iki uşağın ölümü ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Bildirilib ki, güclü küləyin aşırdığı ağaclar iki uşağın ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olub.

Həmçinin təbii fəlakət nəticəsində bu federal əyalətdə 15 min mənzilin elektrik enerjisi ilə təminatı kəsilib. Eyni zamanda, Karintiya, Ştiriya və Şərqi Tirol federal əyalətlərində dəmiryolu nəqliyyatının fəaliyyətində fasilələr yaranıb.