Avstriyada daha bir istefa

Avstriyada daha bir istefa
Oxunma sayı: 967

Avstriyanın maliyyə naziri Hernot Blyumel istefa verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, keçmiş kansler Sebastyan Kurtsa yaxınlığı ilə tanınan nazir ailəsinə görə siyasətdən getdiyini açıqlayıb. Onun sözlərinə görə, ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar, həmçinin ailəsinə qarşı səslənən təhdidlərə görə özünü ailəsinə həsr etmək niyyətindədir.

“Sebastian Kurtsun bütün siyasi postlardan istefası mənim qərarıma vurulan sonuncu zərbə oldu. Mən ilk növbədə ailəm naminə siyasətdən getməyə qərar verdim”, - Blyumel müraciətində bildirib.

Nazirin sözlərinə görə, Avstriyaya xidmət etmək onun üçün şərəf idi, amma getməyin vaxtı çatıb.