Avstraliyanın yeni Baş naziri o oldu

Avstraliyanın yeni Baş naziri o oldu
Oxunma sayı: 1266

Avstraliyanın yeni Baş naziri məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, federal parlament seçkilərində qalib gələrək Entoni Albanese Avstraliyanın 31-ci Baş naziri olub.

O, seçki zamanı "Mən üç böyük şeyə inanaraq doğulmuşam - İşçi Partiyası, Katolik Kilsəsi və "Cənubi Sidney Dovşanları" ,- deyib.

Leyboristlər Partiyasının 59 yaşlı lideri Entoni Albanese  Sidneydə doğulub.

26 illik siyasi karyerasında o, əsasən müxalifətdə, 2007-ci ildə leyboristlər hakimiyyətə gələndə isə 6 il hökumətdə təmsil olunub.