Avstraliyanın DÇ-də debüt hekayəsi - Cadugər lənəti

Avstraliyanın DÇ-də debüt hekayəsi
Oxunma sayı: 1331

Bu gün dünya çempionatında Avstraliya millisi də mübarizəyə start verəcək. “Qafqazinfo”nun məlumatına görə, “Yaşıl qitə” təmsilçisi son dünya çempionu ilə üz-üzə gələcək. 

Avstraliyalıarın dünya çempionatları tarixində debütünün maraqlı tarixçəsi var. Bu komanda 1969-cu ildə  DÇ-70-də iştirak etmək üçün Mozambikdə Rodeziya yığmasına qarşı oynayır. 

Həmçinin oxuyun: Рональдо назвал фаворитов в ЧМ

Avstraliyalılar əsas favorit sayılsa da, matçın formal xarakterli olacağı düşünülsə də, hər iki matç heç-heçə başa çatır. Bundan sonra qalibi müəyyənləşdirmək üçün 3-cü matç təyin edilir.  Avstraliyalı jurnalistlərdən biri komandanın rəhbərliyinə bildirir ki, cadugər taparaq rəqib komandanı lənətləmək olar. Məhz bundan sonra oyuna çıxmaq lazımdır. 

Onlar mozambikdə cadugər tapır və onu stadiona aparırlar. Cadugər qapı dirəklərinin yanına sümük basdırır.  Üçüncü matçda Avstraliya rəqibini 3:1 hesabı ilə məğlub edir. Cadugər isə buna görə 1000 funt-sterlinq istəyir. Avstraliya yığması isə bu pulu ödəyə bilmir. Heç kimdə belə məbləğ olmadığından onlar pulu vermirlər. Nəticədə cadugər lənəti Avstraliyaya qaytarır.

Həmin vaxt komandanın əsas futbolçularından olan Conni Uorren hadisə haqqında bunları danışmışdı: “Lənət oxuduğu andan komanda üçün hər şey pis getməyə başladı”. 

Bundan sonra Avstraliya dəfələrlə mundiala getmək şansı qazansa da, son anda məğlub olaraq yarışlara qoşula bilmirdi. 1997-ci ildə evdə İrana məğlubiyyət isə şok idi.  Uorren İrana məğlubiyyətdən sonra “lənətin davam etdiyini” bildirmişdi. 

2000-ci illərdə avstraliyalı jurnalist Con Safran məsələni tam araşdırmağa başlayır. Bu səbəbdən o, 2004-cü ildə Mozambikə gedir.  Orada Paulinyo və Miriam adlı cadugərlərlə tanış olur və onlardan üzr istəyir. Cadugərlər Avstraliya yığmasına oxunan lənəti toyuq qanı ilə aradan qaldırır. Daha sonra Safran ölkəsinə qayıdır və Conni Uorrenlə birlikdə lənətin aradan qaldırılması üçün deyilən ritualın ikinci hissəsini yerinə yetirmək üçün Sidney Olimpiya Stadionuna yollanır. 


Bundan sonra isə Avstraliya növbəti dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanır. Onlar pley-off mərhələsində 82 min azarkeş önündə Uruqvayı penaltilərlə məğlub edərək 2006-cı il DÇ-nin iştirakçısı olur.  Uorren buna görə Safrana təşəkkür edir. 32 il sonra mundialda iştirak edən yığma hazırki çempionatda ən zəif komandalardan sayılır.