“Avrora Qrup” ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını etdi

“Avrora Qrup” ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını etdi
Oxunma sayı: 1341

“Avrora Qrup” “Davamlı inkişaf və mükəmməllik” dəyərinə sadiq qalaraq daha bir yeniliyə imza atıb. Şirkət AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiyadan keçmiş laboratoriyasının açılışını edib.

Laboratoriya fiziki-kimyəvi və mikrobioloji sınaqları həyata keçirilən 2 bölmədən ibarətdir. Fiziki-kimyəvi sınaqlar laboratoriyasında şirkətin istehsalı olan un, unlu qənnadı məmulatları, makaron məmulatları, az alkoqollu və alkoqolsuz qazlı içkilər, qablaşdırılmış içməli su, həmçinin taxıl, istehsal olunan məhsulların xammalları və yarımfabrikatlarının sınaqları aparılacaq. Mikrobioloji sınaqlar laboratoriyası adı çəkilən məhsullarda mikroorqanizmlərin təyini üçün tələb olunan ən müasir avadanlıqlarla təchiz edilib.

“Avrora” MMC yeni laboratoriyasında İsveçin “Perten”, Almaniyanın “Brabender və Gerhardt”, Türkiyənin “Nüve” şirkətlərinə məxsus avadanlıqları quraşdırıb. Qeyd edək ki, laboratoriya kənar şirkətlərə də xidmət göstərəcək. Fiziki-kimyəvi və mikrobioloji analiz aparmaq istəyən şirkətlər *0100 qaynar xəttinə zəng edərək ətraflı məlumat əldə edə bilərlər.