Avropa ölkələrinə giriş məhdudiyyətləri yumşaldıla bilər

Avropa ölkələrinə giriş məhdudiyyətləri yumşaldıla bilər
Oxunma sayı: 773

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə giriş məhdudiyyətlərini yumşaltmağı təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” müvafiq sənədə istinadən bildirir.

Avropa Komissiyası üzv ölkələrə yalnız yaxşı epidemioloji durumu olan ölkələrin vətəndaşlarına deyil, həm də səfərdən ən azı iki həftə əvvəl Aİ tərəfindən təsdiq edilmiş preparatla tam peyvənd olunmuş vətəndaşların girişinə icazə verməyi təklif edib.

“Üzv dövlətlər, həmçinin ÜST-ün təcili istifadə siyahısında göstərilən peyvəndlərlə vaksin olunmuşların girişinə icazə verə bilərlər”, - təklifdə deyilir.

Qeyd edilir ki, bu qayda artıq iyun ayında tətbiq edilə bilər.