Arvadını öldürən Nicat gömrükdə işləməyib - Rəsmi

Arvadını öldürən Nicat gömrükdə işləməyib
Oxunma sayı: 1914

Oktyabrın 6-sı, axşam saatlarında arvadına 20 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Nicat Abdullayevlə bağlı rəsmi açıqlama verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsi N.Abdullayevin gömrük xidmətində işlədiyi barədə məlumatı təkzib edib. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, N.Abdullayev gömrük orqanlarında çalışmayıb.

Xatırladaq ki, onun gömrükdə işləməsi haqda məlumatı Abdullayevin yaxınları açıqlamışdı.

Qeyd edək ki, 33 yaşlı Nicat 3 uşaq anası olan arvadı, 27 yaşlı Leyla Abdullayevanı Bakı Avtovağzalının yaxınlığında qətlə yetirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi