Armen Qriqoryan Hikmət Hacıyevə cavab verdi

Armen Qriqoryan Hikmət Hacıyevə cavab verdi
Oxunma sayı: 13372

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtlərin mövcudluğunu nəzərdə tutur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 

"Biz hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcəyik. Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyü çərçivəsində həllini tapmalıyıq”, - deyə Qriqoryan bildirib.

Xatırladaq ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün açıqlamasında bildirib ki, Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli, bundan nəticə çıxarmalıdır və Bakı Ermənistandan müvafiq cavablar gözləyir.

Həmçinin oxuyun: “Ermənistanın cavabını gözləyirik” - Prezidentin köməkçisi