“Arka Sokaklar”ın aktyoru xərçəngə qalib gəldi

“Arka Sokaklar”ın aktyoru xərçəngə qalib gəldi
Oxunma sayı: 2346

Uzun illərdir yayımlanan "Arka Sokaklar" serialında "Volkan Komiser" xarakterini canlandıran Boğaç Aksoy xərçəng xəstəliyinə qalib gəlib.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə TGRT-yə danışıb. 

Kimyaterapiya prosesi ilə bağlı açıqlamalar verən Aksoy, 8 ay müddətində 6 dövrəli kimyaterapiya prosesindən keçdiyini bildirib:

"Ardıcıl 3 gün vaxt verildi. Ümumilikdə 18 kimyaterapiya aldım. Bu proses həqiqətən çətindir. Mən bu prosesə artıq əyləncə kimi baxdım və asanlıqla öhdəsindən gəldim. Çox gülməyə çalışdım və ətrafımdakı insanlarla həmişə şən söhbətlər edirdim. Saçlarımın və qaşlarımın tökülməsi təbii ki, təsir etdi. Biz özümüzə baxan insanlarıq və bununla pulumuzu qazanırıq”.