“Arka sokaklar” 17 il sonra bu kanalda yayımlanacaq

“Arka sokaklar” 17 il sonra bu kanalda yayımlanacaq
Oxunma sayı: 2761

Türkiyənin məşhur və ən uzunömürlü serialı “Arka sokaklar” 17 il sonra yeni telekanalda yayımlanacaq.

Bu barədə “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir.

Kulisdən əldə edilən məlumata görə, 2006-cı ildən bəri “Kanal D”də yayımlanan və baş rollarında Zafer Ergin, Özgür Ozan, İlker İnanoğlu və Ela Yörüklü kimi aktyorların oynadığı ekran işi bu addımı ödəmələrlə bağlı yaranan problemlərə görə atır. Belə ki, texniki qrupa və bəzi aktyorlara edilən ödənişlərdə davamlı kəsintilər narazılığa səbəb olub. 

Ekran işinin bundan sonra ATV-də yayımlanacağı bildirilir.