“Araz-Naxçıvan” əsas mərhələdən başlayacaq

“Araz-Naxçıvan” əsas mərhələdən başlayacaq
Oxunma sayı: 659

UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də, saat 17:30-da atılacaq. “Qafqazinfo” xəbər verir ki, artıq iştirakçı klubların reytinq cədvəli açıqlanıb.

 Ölkə çempionu “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən start verəcək. Təmsilçimiz B yolunda mübarizə aparacaq ki, reqlamentə əsasən, yer aldığı qrupdan elit-raunda yalnız qrup qalibi vəsiqə qazanacaq. İlkin mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar əsas mərhələnin B yolunda iştirak etmək hüququ qazanacaq.

İlkin mərhələnin səbətləri (23-28 avqust)

1-ci səbət (ev sahibləri)

Futsal Mineva (İsveçrə, 1)

Piast Glivice (Polşa, 1)

Yerevan (Ermənistan, 1)

Doukas (Yunanıstan, 1)

Stutqart (Almaniya,2)

Fortuna Viener Neustadt (Avstriya, 2)

Kosmos Tallinn (Estoniya, 3)

Tirana Futsal (Albaniya, 3)

2-ci səbət (qrupda 2-ciləri)

İstanbul Şişli (Türkiyə)

Futsal Klub Kardiff (Uels)

Technion Haifa (İsrail)

Amiqo Northvest (Bolqarıstan)

Avropa (Cəbəllütarıq)

Folgore (San-Marino)

Belfast (Şimali İrlandiya)

İsbjorninn (İslandiya)

3-cü səbət (qrupda 3-cülər)

Orebro (İsveç)

Nisturu Kişinyov (Moldova)

Petro-v (Latviya)

PYF Saltires (Şotlandiya)

Enkamp (Andorra)

Vesteralen Futzal (Norveç)

4-cü səbət (qrupda 4-cülər)

London Helvecia (İngiltərə)

Loznica-Grad 2018 (Serbiya)

Titoqrad (Monteneqro)

Blue Magic FC Dublin (İrlandiya)

APOEL (Kipr)

5-ci səbət (qrupda 1-cilər)

Kampuksen (Dinamo) (Finlandiya)

Georgians (Gürcüstan)

JB Futsal Gentofte (Danimarka)

Luçenec (Slovakiya)

Differfange (Lüksemburq)

Əsas mərhələnin oyunları 25-30 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya – hər biri iki klubla təmsil olunacaq. Həmin komandalar da mübarizəyə təmsilçimiz kimi, əsas mərhələdən start verəcək. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FİFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.

A yolu

Son qalib “Barsa” və turnir cədvəlinin ilk 11 pilləsində yer alan komandalar, eləcə də 16-19-cu pillədəki klublar A yolunda çübarizə aparacaq. Hər qrupdan 3 komanda elit-raunda vəsiqə qazanacaq.

10-cu səbət (ev sahibləri)

Novo Vrijeme Makarska (Xorvatiya, 3)

Sportinq Anderlext Futzal (Belçika, 3)

Yunayted Qalati (Rumıniya, 4)

Luxol St. Andreus (Malta, 4)

11-ci səbət (qrupda 4-cülər)

Futzal Pula (Xorvatiya)

Sportinq klub de Paris (Fransa)

12-ci səbət (qrupda 3-cülər)

Hovocubo (Niderland)

Haladas (Macarıstan)

 

13-cü səbət (qrupda 2-cilər)

Kayrat Almatı (Qazaxıstan)

Doboveç (Sloveniya)

Xerson (Ukrayna)

Ayat (Qazaxıstan)

13-cü səbət (qrupda 1-cilər)

Barsa (İspaniya)

Sportinq (Portuqaliya)

Benfika (Portuqaliya)

Palma Futsal (İspaniya)

B yolu

17-ci dəfə bu yarışda iştirak edəcək “Araz-Naxçıvan”ın da yer aldığı B yolunda reytinq cədvəlinin 12-15 və 20-23-cü pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq klublar yarışacaq. Təmsilçimiz 22-ci pillədə yer alıb. Qeyd etdiyimiz kimi, bu yoldan ancaq qrup qalibləri elit-raunda yüksələcək. Qrup oyunlarına ev sahibliyi edəcək şəhərlər məlumdur. UEFA İcraiyyə Komitəsinin qərarı ilə Ermənistan və Azərbaycan, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya klubları bir qrupda yer ala bilməz.

6-cı səbət (ev sahibləri)

Kauno Jalqiris (Litva, 1)

Mostar (Bosniya və Herseqovina, 1)

Liqeni (Kosovo, 2)

Şkupi 1927 (Şimali Makedoniya)

7-ci səbət (İlkin mərhələ qalibləri, 3-4)

A qrupunun qalibi

B qrupunun qalibi

C qrupunun qalibi

D qrupunun qalibi

E qrupunun qalibi

F qrupunun qalibi

G qrupunun qalibi

H qrupunun qalibi

8-ci səbət (qrupda 2-cilər)

Araz-Naxçıvan (Azərbaycan)

Citta di Eboli (İtaliya)

 

9-cu səbət (qrupda 1-cilər)

Xrudim (Çexiya)

Stalitsa Minsk (Belarus)