Anna Netrebko Vyanadakı çıxışlarını ləğv etdi

Anna Netrebko Vyanadakı çıxışlarını ləğv etdi
Oxunma sayı: 2568

Dünya şöhrətli opera müğənnisi Anna Netrebko Vyana Dövlət Operasında və Vyana Filarmoniyasında gözlənilən bütün çıxışlarını ləğv edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb ifaçının çiyin əməliyyatı keçirməyə hazırlaşmasıdır. 

“Təəssüf ki, Vyana Dövlət Operasındakı “Nabucco” tamaşasındakı çıxışlarımı ləğv etməliyəm. Uzun aylardır çiynimdə dözülməz ağrılardan əziyyət çəkirdim və həkimim təcili olaraq cərrahiyyə əməliyyatı keçirməyimi və sonra bu problemi həll etmək üçün dərhal fiziki reabilitasiyaya başlamağı məsləhət gördü”, - deyə Netrebko açıqlamasında deyib. 

Qeyd edək ki, Netrebkonun Vyana çıxışları 24 oktyabra və noyabrın ilk yarısına planlaşdırılmışdı.