Anım Günü Naftalanda anılıb - Fotolar

Anım Günü Naftalanda anılıb
Oxunma sayı: 905

Mənfur düşmənin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmasından bir il ötür.

“Qafqazinfo” xəbər verir ki, 27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Naftalan şəhərində tədbir təşkil olunub. Tədbirdə ŞİH başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib. 

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhər ərazisində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Goranboy şöbəsinin rəisi Abdin Rüstəmov və şəhid ailəsi Zülfümar Nuriyeva çıxış edib. Tədbirin sonunda “Dəmir Yumruq”un tarixi zəfəri sənədli filmi nümayiş olunub.