Andiçmədəki çıxışı gündəm oldu - Video

Andiçmədəki çıxışı gündəm oldu
Oxunma sayı: 3362

ABŞ-ın 46-cı Prezidenti Co Baydenin andiçmə mərasimində dünyaca məşhur simalar da yer alıb.

“Qafqazinfo” xəbər verir ki, rəsmi hissədən sonra səhnəyə çıxan Ledi Qaqa çıxışı ilə gündəmi zəbt edib.

Belə ki, dünyaca məşhur eksdravaqant pop ulduz ABŞ milli himnini oxuyub. Canlı ifa qısa müddətdə sosial şəbəkələrdə paylaşılıb. Çıxışdan sonra Qaqa Bayden və xanımına təşəkkür edib. 

“Celebrating America” adı verilən konsertin aparıcısı Tom Hank olub. Gecənin digər parlaq siması Cennifer Lopez “This land is your land” mahnısını ifa edib.

Amanda Gorman isə açılış mərasimində çıxış edən ən gənc şair olub.