Anar Kərimov onları vəzifəyə gətirdi

Anar Kərimov onları vəzifəyə gətirdi
Oxunma sayı: 4299

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları baş tutub. 

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  

Bəxtiyar Qılıncov  2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

A. Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Ş. Şahbazov əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.