“Anadolu Qartalı – 2022” təlimi başa çatdı

“Anadolu Qartalı – 2022” təlimi başa çatdı
Oxunma sayı: 805

Türkiyənin Konya şəhərində təşkil olunan “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat yayıb.

Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, İordaniya və Pakistanın Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edib.