Amerikalı yumor ustası vəfat etdi

Amerikalı yumor ustası vəfat etdi
Oxunma sayı: 1197

Amerikalı yumor ustası, “Lui ilə həyat” multiserialı ilə tanınan aktyor Lui Anderson 68 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” TMZ-yə istinadən xəbər verir ki, aktyor uzun müddətdir qan xərçəngi ilə mübarizə aparıb və bu gün Las-Veqas xəstəxanasında vəfat edib. 

Lui Anderson 1953-cü ildə Minnesotda anadan olub. Amerikada kifayət qədər tanınan Lui müxtəlif tele-layihələrdə də çəkilib.