Amerikalı analitikin İranla sərhəddə fotosu maraqla qarşılandı

Amerikalı analitikin İranla sərhəddə fotosu maraqla qarşılandı
Oxunma sayı: 3328

ABŞ-dən olan bir qrup tədqiqatçı Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, tədqiqatçılar arasında Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran da var.

Doranın Cəbrayılda Xudafərin körpüsü qarşısında çəkilən fotosu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, hazırda Qərb ölkələri ilə İran arasında yaşanan gərginlik fonunda siyasətçinin İranla sərhəddə foto çəkdirməsi böyük maraqla qarşılanıb.

Həmin fotonu isə analitik öz tviter hesabında paylaşıb.