Amerikalı aktyor vəfat etdi

Amerikalı aktyor vəfat etdi
Oxunma sayı: 2230

Amerikalı aktyor Con Sekson 83 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “The Hollywood Reporter” xəbər verib.

Artistin həyat yoldaşı Qloriyanın sözlərinə görə, C. Seksonun ölümünə səbəb pnevmoniya olub.

Qeyd edək ki, C.Sekson 1936-cı il avqustun 5-də Nyu-Yorkda anadan olub. 60 illik aktyorluq fəaliyyəti ərzində o, 200-dən çox filmə çəkilib. Aktyor daha çox “Appaluza”, “Əjdahanın çıxışı”, “Qarağaz küçəsində qarabasma” (üç hissə - 1984, 1987, 1994) və “Gün batandan səhərə qədər” filmləri ilə tanınıb.