AMEA-da yeni təyinat

AMEA-da yeni təyinat
Oxunma sayı: 1754

Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” nun verdiyi xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri - AMEA-nın birinci vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər – Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, akademik Adil Qəribov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

AMEA-nın fəaliyyəti, xüsusən də elmi fəaliyyət nəticəsində əldə edilmiş konkret nəticələrin ölkənin sosial-iqtisadi inkişafında iştirakı ilə bağlı real vəziyyəti dəyərləndirən akademik-katib Adil Qəribov bu sahədə hazırkı durumun yeni reallığa cavab vermədiyini vurğulayıb: “İndi Azərbaycanda elmə kifayət qədər dövlət qayğısı göstərilməsinə baxmayaraq, elmin ümumi daxili məhsulda payı yox dərəcəsindədir. Belə bir şəraitdə AMEA-da struktur islahatları, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyə, milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və sair sahələrdə köklü islahatların aparılması vacibdir”.

Növbəti qərarla filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov AMEA Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsinə təyin edilib.