Amerikalı müğənni Britni Spirs 6 ildən sonra yeni mahnı təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, o, britaniyalı müğənni Elton Conla “Hold Me Closer” adlı mahnını duet ifa edib
Qərb mediasının məlumatına görə, duet təklifi Condan gəlib. Bununla o, atasının qəyyumluğundan azad olunan Spirsə yaradıcılığını bərpa etməyə kömək edib.
Qeyd edək ki, “Hold Me Closer” E. Conun 1971-ci ildə işıq üzü görmüş “Tiny Dancer” hitinin yeni variantıdır.
B. Spirs sonuncu dəfə 2016-cı ildə “Glory” adlı albom buraxmışdı.