Almaniyada karantin uzadılsa da, yumşalmalar olacaq

Almaniyada karantin uzadılsa da, yumşalmalar olacaq
Oxunma sayı: 834

Almaniyada karantin rejiminin müddəti martın 28-dək uzadılıb, amma bununla belə, hökumət federal torpaqlara yumşalmalarla bağlı müstəqil qərar qəbul etmək hüququnu verir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə AFR Kansleri Angela Merkel Berlindəki mətbuat konfransında bildirib.

“2021-ci ildə yaz başqa olacaq, nəinki 2020-ci ildə”, - xanım siyasətçi deyib.

İlk addım olaraq, artıq martın 8-dən etibarən kitab və gül mağazalarının, bağçılıq bazarlarının, kosmetik studiyaların və sürücülük məktəblərinin açılması planlaşdırılır. Martın 22-dən etibarən restoranlar, kinoteatrlar və pərakəndə mağazaların qismən açılması istisna edilmir. Bu, yalnız gigiyenik qaydalara ciddi riayət etməklə mümkün olacaq.